
Göygöl Rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub.
Heftelik.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir: “Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyyəsinə xəsarət yetirib. Faktla bağlı əlavə məlumat veriləcək”.
***
saat 01.45
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi  məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü G.Allahverdiyeva qulağının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Qadına dərhal yardım edilib. Məlumata görə, qadını həyat yoldaşı bıçaqlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
  