İnvestisiya şirkəti fərdi investorun portfelinin idarə edilməsi xidmətini (əməliyyatını) göstərdikdə, müştəriyə həyata keçirdiyi əməliyyatlara dair hesabat Qanunun 35.3-cü maddəsinə uyğun olaraq təqdim edilir.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Hesabatda ən azı aşağıdakı məlumatlar əks olunur:

– investisiya şirkətinin adı, ona verilmiş lisenziyanın nömrəsi və tarixi;

– müştərinin eyniləşdirilmə məlumatları (adı, soyadı və (və ya) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (olduqda);

–  portfelin tərkibinə və ya dəyərinə dair hesabat, o cümlədən portfelə daxil olan hər bir qiymətli kağız və törəmə maliyyə alətinin bazar qiyməti, bu mövcud olmadıqda ədalətli dəyəri, hesabat dövrünün əvvəlində və sonuna olan pul qalığı və dövr ərzində portfelin göstəriciləri;

–  portfelin idarə edilməsi ilə bağlı ödəniş və sifarişlərin icra olunması ilə bağlı xərclər ayrı-ayrılıqda göstərilməklə, dövr ərzində edilmiş ödənişlərin və çəkilmiş xərclərin ümumi məbləği;

-s portfel ilə əlaqədar hesabat dövründə dividend, faiz və digər gəlirlərin ümumi məbləği.