Qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması üzrə müqaviləyə dair tələblər açıqlanıb.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması üzrə müqavilədə bu Qaydanın 13.3-cü bəndi ilə müəyyən edilənlərdən əlavə ən azı aşağıdakılar əks olunur:

– mərkəzi depozitarda müştərinin adına açılmış və investisiya şirkətinin idarə edilməsinə verilən hesabın rekvizitləri;

– qiymətli kağızların hesabının idarə edilməsinin, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsinin, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanmasının başlama və başa çatma tarixləri;

– idarəetməyə verilən hesabda olan qiymətli kağızlar və törəmə maliyyə alətləri (olduqda), onların müvafiq olaraq nominal dəyəri və qiyməti.