Müştəri sifarişində hansı məlumatların öz əksini tapdığı müəyyənləşib.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Müştəri sifarişində aşağıdakı məlumatlar öz əksini tapır:
– sifarişin ünvanlandığı investisiya şirkətinin tam adı;
– müştərinin eyniləşdirilmə məlumatları (fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi), hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);[9]
– müştərinin depo hesabının nömrəsi;
– sifarişin qüvvədə olma müddəti;
– qiymətli kağız və ya törəmə maliyyə alətinin növü, forması və dövlət qeydiyyat nömrəsi;
– emitentin adı;
– sifarişin istiqaməti (alış və ya satış);
– qiymətli kağız və ya törəmə maliyyə alətinin sayı;
– sifarişin növü (rəqabətli və ya qeyri-rəqabətli);
– qiymətli kağızın nominal dəyəri və bazar qiyməti, törəmə maliyyə alətinin bazar qiyməti;
– sifarişlərin icra olunması yeri (fond birjası və ya birjadankənar);
– valyuta mübadiləsinin məzənnəsi və ya məzənnə dəhlizi (əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı sifarişlərdə).