Qazanxanalarda avadanlığın, armaturun, nəzarət və təmizləyici cihazların cari təmiri üçün təmir sahələri və yaxud otaqlar nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Qazanxana binasında xidməti heyət üçün sanitar norma və qaydalarının tələblərinə uyğun avadanlıqla təchiz edilmiş məişət otaqları olmalıdır. Qazanların və qazanxana avadanlıqlarının istismarına heç bir aidiyyatı olmayan kənar şəxslərin qazanxanaya girişi qadağandır.