Saxlanma sahələri etibarlı saxlanma şəraitini təmin edəcək şəkildə layihələndirilməli və ya uyğunlaşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Sahələr təmiz və quru olmalı, müvafiq temperatur limitləri gözlənilməlidir. Markalanmaya əsasən xüsusi saxlanma rejimi tələb olunan sahələrdə (temperatur, nisbi rütubət və s.) sözügedən şərait təmin edilməli, yoxlanılmalı, monitorinqi və qeydiyyatı aparılmalıdır.