Tezalışan yanacaq mayeləri ilə dolu olan çənləri, eləcə də yanan sürtgü materiallarının (YSM) ehtiyatlarını qazanlar quraşdırılan yerlərə yerləşdirmək qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Maye yanacaq yandırılarkən qazanxananın döşəməsinə düşməməsi məqsədilə forsunkalardan axan yanacağı kənarlaşdırmaq üçün çıxış nəzərdə tutulmalıdır.