Türkiyədə sərnişin avtobusu dərəyə aşıb.

Heftelik.az-ın xəbərinə görə, yağan qarın yol açdığı sürüşmə nəticəsində avtobus Bingöl-Diyarbəkir yolunda Doğanca kəndi yaxınlığında dərəyə aşıb.

Avtobusda 41 sərnişin, 3 sürücü olub.

Bingöl valisi Ahmet Hamdi Usta bildirib ki, qəza nəticəsində 4 nəfər ölüb, 32 nəfər yaralanıb.