İnterfeysin iştirakçıları ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı, üçüncü tərəf təchizatçı və Mərkəzi Bankdan ibarətdir.

Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.

Ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı:

– Mərkəzi Bank tərəfindən müəyyən edilən texniki tələblərə uyğun olaraq azı bir İnterfeys yaradır və davamlı fəaliyyətini təmin edir;

– üçüncü tərəf təchizatçının avtorizasiyasını və İnterfeysə girişini təmin edir;

– İnterfeysdə istənilən üçüncü tərəf təchizatçının sorğu mesajlarını qəbul edir və müvafiq cavab mesajlarını üçüncü tərəf təchizatçıya göndərir.

Üçüncü tərəf təchizatçı:

– ödəniş xidməti istifadəçisi adından bu Tələblərin 5.1-ci və 5.2-ci bəndlərində göstərilən istifadə halları üzrə xidmətləri icra edir;

– təkmil sertifikatlı gücləndirilmiş elektron imza vasitəsilə avtorizasiya olunmaqla İnterfeysdən istifadə edir;

– İnterfeysdə ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısına sorğu mesajları göndərir və ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısından müvafiq cavab mesajlarını alır.