Hərbi qulluqçuların bir qisminin tutduğu vəzifədən və mövqedən asılı olaraq əmək haqları artırılacaq.
“Heftelik.az” “Xəbər.az”a istinadən məlumat verir ki, bu barədə məlumatı Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Kamal Cəfərov bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə, həmçinin, hərbi hissənin yerləşdiyi mövqe və yüksəklikdən asılı olaraq burada işləyən hərbiçilərin əmək haqlarına əlavələr olunacaq. Bu barədə artıq aidiyyatı qurumlara məlumat verilib və yaxın günlərdə Nazirlər Kabinetinin qərarı ilə təstiq olunacaq.
Kamal Cəfərov bildirib ki, döyüş şəraitində döyüş əməliyyatında iştirak etmiş hərbiçilərə həmin dövr üçün ödənilməli olan pul 2 qat hesablanaraq onlara ödənilib.
Müəllif: Türkan_zadə