Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi” – “Qarabağ” qarşılaşmasından öncə xoşagəlməz olay yaşanıb.
Heftelik.az-ın Sportinfo TV-yə istinadən verdiyi məlumata görə, derbidən öncə azarkeşlər arasında kütləvi dava baş verib.
Qeyd edək ki, “Neftçi Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.