2006-cı ildən etibarən yaradılan pensiya kapitalı bu ildən əvvəl də işləyənlər üçün necə hesablanacaq?
“Heftelik.az” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı şöbəsinin müdiri Eyvaz İsmayılov “İTV”yə bildirib ki, bu hesablama 1 ilə 1029 manat kimi nəzərə alınır, nəticə 2006-cı ilin yanvar ayının 1-nə kimi nəzərə alınaraq hesablanır və indeksləşdirilərək pensiyanın məbləğinə əlavə olunur.
Bundan başqa, 2006-2018-ci illər ərzində vətəndaşın ən az 1 gün sığorta stajı olarsa ona 25 il sığorta stajı hədiyyə olunur və minimum əmək pensiyası təyin olunur.
Qeyd edək ki, təxminən son 20 ildir ki, fəaliyyət göstərən pensiya kapitalı sayəsində əhali gələcəkdə alacağı pensiyanı müəyyənləşdirə bilir. Azərbaycanda pensiya almaq üçün minimum 25 il iş stajı və ya 46.080 manat pensiya kapitalı olmalıdır. Lakin 2006 cı ildən əvvəl də işləyənlər hazırda hesablanan məbləğdən daha aşağı pensiya alırlar.
İqtisadşı ekspert Xalid Kərimlinin bildirdiyinə görə, 2006-cı ildən etibarən Azərbaycanda fərdi uçot sistemi təyin edilib. Vətəndaş hər ay pensiya fonduna müəyyən məbləğdə ödəniş edir. Fərdi formada açılmış bu sistemdən vətəndaş staj müddətindən pensiya kapitalına qədər bütün növ məlumatları əldən edə bilər:
“Bu kifayət qədər ədalətlidir ki, siz pensiya fonduna nə qədər məbləğ yatırmısınızsa pensiyaya çıxdıqdan sonra da hökumət bu məbləği eynilə sizə geri qaytarır”.
Qeyd etmək lazımdır ki, hazırkı minimum “Əmək pensiyası” 320 manat məbləğində təşkil edir.
Müəllif: Türkan_zadə