Türkiyənin məşhur müğənnisi və aktyoru Özcan Dəniz infarkt keçirib.
Heftelik.az-ın xəbərinə görə, Özcan Dəniz “Kızıl Goncalar” serialının çəkilişi zamanı huşunu itirib.
Xəstəxanaya yerləşdirilən Özcan Dənizin infarkt keçiridiyi məlum olub.
İlk müdaxilədən sonra anju edilən aktyora iki həftə sonra stent qoyulacaq. Özcan hazırda evində istirahət edir.
Xatırladaq ki, Özcan Dəniz son günlər ailəsi ilə yaşadığı problemlərlə gündəmdədir. Sənətçinin anası oğlu və gəlini (Samar Dadgar) barəsində uzaqlaşdırma tədbiri istəyərək məhkəmə prosesi başladıb.

Özcanın qardaşı Ərcan Dəniz ilə də münasibətləri pisləşib. Sənətçi sosial media hesablarının əlindən alınması ittihamı ilə qardaşı və keçmiş meneceri Ərcan Dənizi məhkəməyə verib.