Materiallar və əczaçılıq məhsulları döşəmədən aralıda saxlanmalı, təmizlənmənin və yoxlanmanın təmin edilməsi üçün boş sahələr saxlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Altlıqlar təmiz saxlanmalı və təmir edilməlidir. Saxlanma sahələri təmiz olmalı, tullantılardan və zərərvericilərdən qorunmalıdır. Ərazilərin və saxlanma sahələrinin təmizlənməsi üçün təmizlənmə üsulu və tezliyi göstərilmiş yazılı sanitar-profilaktika, həmçinin zərərvericilərlə (həşəratlar, gəmiricilər və s.) mübarizə proqramları olmalıdır.