Benefisiar maliyyə institutunun öhdəlikləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.
Benefisiar maliyyə institutu bu Qaydanın 3.4-cü bəndi nəzərə alınmaqla elektron köçürmə zamanı elektron köçürmə zəncirində özündən əvvəlki maliyyə institutundan əldə etdiyi bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məlumatların tamlığını yoxlamalıdır.
Benefisiar maliyyə institutu ölkədaxili və ya transsərhəd elektron köçürmə zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.17-ci maddəsinin müddəaları nəzərə alınmaqla vəsait alana münasibətdə müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidir, habelə bu Qaydanın 3.1.5-ci yarımbəndində qeyd olunan məlumatın doğruluğunu yoxlamalıdır. Müştəri uyğunluğu tədbirləri görülə bilmədikdə bu tələb vəsait alanın xeyrinə ödəyicinin bank və digər ödəniş hesabından həyata keçirilən 100 (yüz) manat və ondan aşağı ekvivalentinədək məbləğdə ölkədaxili birdəfəlik elektron köçürmələrə şamil edilmir.