Müqavilədə həmçinin, keyfiyyət qüsuru və geri çağırılma məsələləri ilə bağlı tərəflərin məsul şəxsləri ilə necə əlaqə saxlanılacağı da göstərilməlidir.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Müqavilələrlə bağlı tələblər bu qaydaların 8-ci fəslində verilmişdir. Məhsulun geri çağırılması da daxil olmaqla şikayətlər və keyfiyyət qüsurlarının araşdırılmasının, həmçinin bu problemlərin yaranmasına səbəb olan hər hansı potensial riskin idarə olunmasına dair qərarların verilməsinə görə sözügedən sahədə ixtisaslı və təcrübəyə malik şəxs məsuliyyət daşımalıdır. Bu şəxslər satış və marketinqdən kənar olmalıdırlar.