Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən (hernioplastika əməliyyatlarından sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşlar “Xəstəliklər cədvəli”nin 55-ci maddəsinin “ç” bəndi üzrə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar və 3 ay müddətinədək müvəqqəti yararsızlığı, hərbi qulluqçulara isə 15 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Operativ müdaxilələrdən sonra fəsadlaşmalar olduqda və hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətinin tam bərpası üçün 15 gündən artıq müddət tələb olunduğu hallarda hərbi qulluqçulara 15 gündən 30 günədək xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.
Dərinin və dərialtı toxumaların xəstəlikləri
| Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
| I qrafa | II qrafa | III qrafa | ||
| 56 | Dərinin və dərialtı toxumaların xəstəlikləri: | |||
| a) xroniki ekzemanın, psoriazın çətin müalicə olunan yayılmış formaları, dəri örtüyünün yayılmış lixenifikasiyası ilə atopik dermatit, bullyoz dermatozlar | D | D | D | |
| b) xroniki övrə, residivləşən Kvinke ödəmləri, yayılmış psoriaz, yayılmış absesləşən və xroniki xora piodermiyası, çoxsaylı konqlobat aknelər, yayılmış və müalicəyə çətin tabe olan Hoffman follikulitləri, ekzemanın məhdud və tez-tez təkrarlanan formaları, dəri örtüyünün ocaqlı lixenifikasiyası ilə atopik dermatiti, diskoid qırmızı qurd eşənəyi, fotodermatitlər, yayılmış qırmızı yastı dəmrov, ocaqlı dazlığın və vitiliqonun universal formaları | C | C | C və ya B FƏRDİ | |
| c) ekzemanın məhdud və nadir residivləşən formaları, psoriazın, sklerodermiyanın, qırmızı yastı dəmrovun məhdud formaları, ocaqlı dazlığın və vitiliqonun yayılmış və total formaları, neyrodermitin yayılmış formaları | C | C | B | |
| ç) neyrodermitin məhdud tez-tez təkrarlanan formaları | C | C | A, HDQ, ÜH, XQ-də FƏRDİ | |
| d) kserodermiya, follikulyar keratoz; ekzemanın məhdud formaları davamlı remissiyada, ocaqlı dazlığın və vitiliqonun məhdud formaları | A-3 | A | A | |
| e) dərinin və dərialtı toxumaların kəskin xəstəliklərindən və xroniki xəstəliklərinin kəskinləşməsindən sonrakı müvəqqəti funksional pozulmalar | Ç | Ç | Ç | |
