Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasının digər müddəalarından asılı olmayaraq emitent, vasitəçi və benefisiar maliyyə institutları elektron köçürmələr zamanı bu Qayda ilə müəyyən edilmiş tədbirlərlə yanaşı, ödəyici və vəsait alanın hədəfli maliyyə sanksiyalarının tətbiq edilməli şəxslərin siyahısında olmasını müəyyən etdikdə bu Qaydanın 1.1-ci bəndində göstərilən qanunlara müvafiq tədbirlər görməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.
Elektron köçürmələr zamanı bu Qayda ilə tənzimlənməyən məsələlər ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə, habelə xarici valyutada əməliyyatların aparılmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları ilə tənzimlənir.