Hər bir material və ya məhsula dair saxlanma şəraiti, hər hansı xəbərdarlıq tədbirləri və yenidən analiz edilmə tarixi də göstərilməklə yazılı və ya elektron məlumatlar mövcud olmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Farmakopeyanın tələbləri, həmçinin markalanmaya və qablaşdırmalara dair tələblər daim nəzərə alınmalıdır. Hər çatdırılmaya dair qeydlər (məhsulun təsviri, keyfiyyəti, miqdarı, təchizatçı, təchizatçının seriya nömrəsi, qəbul etmə tarixi, daxili təyin olunmuş seriya nömrəsi və yararlıq müddəti) qorunub saxlanmalıdır. Sözügedən qeydlər ən azı məhsulun və ya materialın istifadə müddəti və əlavə olaraq 1 (bir) il müddətində saxlanmalıdır.