İlyas İsmayılov vəfat etdi

17 Fevral 2025, 14:37

Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasına sədri İlyas İsmayılov vəfat edib.

Heftelik.az-ın məlumatına görə, İlyas İsmayılov 87 yaşında vəfat edib

İlyas İsmayılov bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.