Müqavilə bağlandıqdan sonra investisiya şirkəti tərəfindən daxili uçot sistemində müştəriyə unikal müştəri kodu təyin edilir.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Qanunla nəzərdə tutulmuş və ya müştəri ilə yazılı qaydada razılaşdırılmış hallar istisna olmaqla, investisiya şirkəti öz müştəriləri haqqında məlumatları üçüncü şəxslərə açıqlamamalıdır. İnvestisiya şirkəti müştəri aktivlərini yalnız müqavilənin şərtlərinə uyğun olaraq istifadə edir. Məsafədən müştəri ilə müqavilənin bağlanması və müştəri hesabının (depo və marja hesabı) açılması zamanı bu Qaydanın və Mərkəzi Bankın İdarə Heyətinin 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir.