İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  PUA zərbəsi nəticəsində HAMAS-ın Livandakı hərbi qanadının lideri Məhəmməd Şahin öldürülüb.

Məhəmməd Şahin əsasən təşkilatın bu ölkədəki fəaliyyətinin koordinasiyasını həyata keçirib.