Qazanların və qazan avadanlıqlarının, su göstərici cihazların, su səviyyəsinin buraxılabilən hədlərinin siqnalizatorlarının, manometrlərin, qoruyucu klapanların, qidalandırıcı cihazların, avtomatika vasitələrinin yoxlanılması zamanı aşkar edilən nasazlıqlar barədə qeydləri aparmaq üçün qazanxanada rəhbərlik tərəfindən müəyyən edilmiş formada növbə jurnalı olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Növbənin təhvil-qəbulu jurnalda növbə üzrə məsul şəxslərin imzası ilə qeyd olunmalıdır. Jurnalı hər gün qazanların təhlükəsiz istismarına məsul şəxs yoxlamalıdır və imzalamalıdır.