Müştəri sifarişlərinin uçotu investisiya şirkətinin daxili uçot sistemində aparılır.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Müştəri sifarişi aşağıdakı hallarda qüvvədən düşmüş hesab olunur və icrası dayandırılır:

– müştəri tərəfindən ləğv edildikdə;

– sifarişdə göstərilmiş icra müddəti başa çatdıqda;

– sifarişdə olan mexaniki səhvlər (qiymət, miqdar səhvi, simvol səhvi və s.) nəticəsində sifarişin icrası mümkün olmadıqda.

Bütün müştəri sifarişləri ən azı 5 (beş) il müddətində investisiya şirkətində (sifariş telefon vasitəsi ilə qəbul edildikdə telefon danışıqları yazılmış formada) saxlanılır. Telefon və elektron vasitələrlə sifarişin qəbulu zamanı investisiya şirkəti müştərini dürüst müəyyənləşdirməlidir. Bu zaman tətbiq edilən üsullar əməliyyatların risk dərəcəsinə adekvat olmalı və onların təhlükəsiz aparılmasını təmin etməlidir.