İnvestisiya şirkəti müqaviləyə əsasən, lakin ildə bir dəfədən az olmamaq şərti ilə müştəriyə hesabat təqdim edir.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

İnvestisiya şirkəti müqaviləyə əsasən, lakin ildə bir dəfədən az olmamaq şərti ilə müştəriyə aşağıdakı məlumatlara dair hesabat təqdim edir:

– hesabat dövrü ərzində müştərinin aktivlərinin hərəkəti və qalığı;

– müştərinin aktivləri ilə aparılmış əməliyyatlar;

– müştərinin aktivlərində baş vermiş dəyişikliklər;

– xidmət haqları və sifarişlərin icra olunması ilə bağlı xərclər.

Marja ticarəti xidməti üzrə müştərilərə məlumatlar verilərkən həmçinin marja ticarəti qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə əməl edilməlidir. İnvestisiya şirkəti tərəfindən müştərilərə verilən hesabatlar və məlumatlar müştəri ilə bağlanmış müqaviləyə uyğun olaraq kağız daşıyıcıda və ya elektron formada təqdim edilir.