“Qalatasaray” büdrəmədi

17 Fevral 2025, 23:28

Türkiyə Super Liqasında XXIV tur çərçivəsində lider “Qalatasaray” “Rizespor”un qonağı olub.

Heftelik.az-ın məlumatına görə, görüş “sarı-qırmızılılar”ın üstünlüyü ilə başlayıb.

Hesab ikinci yarıda açılıb. Viktor Osimhen komandasını önə çıxarıb. Çox keçmədən Ali Sou bərabərlik topunu vurub. Buna baxmayaraq, Osimhen dublunu rəsmiləşdirərək “Qalatasaray”a vacib qələbə qazandırıb – 2:1.

Qeyd edək ki, İstanbul təmsilçisi 63 xalla turnir cədvəlinə liderlik edir. Komanda ən yaxın izləyicisi “Fənərbaxça”nı 6 xal qabaqlayır.