Qazanxanada bunlar olmalıdır

17 Fevral 2025, 01:19

Zərurət yarandıqda qazanlara yanacağın verilməsinin qarşısını almaq üçün maye yanacaq borularında bağlayıcı ventillər quraşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Qazanxanada saat, həmçinin fövqəladə hallarda rəhbərliyin nümayəndələrini çağırmaq və buxar istifadə olunan yerlərlə əlaqə saxlamaq üçün telefon olmalıdır.