Saatlıda sudan cəsədi tapılan 66 yaşlı kişinin öldürüldüyü məlum olub.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, hadisə təxminən 10 gün əvvəl baş verib.

Saatlı rayonunun Şirinbəyli kənd sakini Mirhəsən Seyidovun itkin düşməsi ilə bağlı yaxınları rayon polis idarəsinə məlumat veriblər. Baş prokurorluq və Daxili İşlər Nazirliyinin apardığı birgə axtarışlar nəticəsində məlum olub ki, kənd sakini 45 yaşlı Elşad Abbasov və oğlu 20 yaşlı Elçin Abbasov tamahkarlıq məqsədilə M.Seyidovu məftil ilə boğaraq öldürüblər. Daha sonra isə cinayət işlərini ört-basdır etmək üçün meyidin ayağına daş bağlayaraq yaxınlıqdakı su kollektoruna atıblar.

Prokuror, kriminalist və ekspertlərin iştirakı ilə cəsəd aşkarlandığı yerdə sudan çıxarılıb.

Yaxınlarının bildirdiyinə görə, cinayət mülk üstündə baş verib. Belə ki, kənd ərazisində Mirhəsən Seyidova məxsus olan tikili və torpağı qonşusuna satmadığı üçün Elşad Abbasov onu qəsdən qətlə yetiribdir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb və araşdırmalar davam edir.

Müəllif: Türkan_zadə