2025-ci ilin sonuna kimi və ətraf bölgələrdə bütün növ tibbi xidmətlər pulsuz olacaq.
“Heftelik.az”ın məlumata görə, bu barədə məlumatı “TƏBİB” sədri Ramil Bayramlı “Anadolu” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, ölkənin şimal hissəsindən pilot layihə kimi icbari tibbi sığortanın icrasına başlanılıb və artıq 23 rayonda tətbiq olunması planlaşdırılıb.
R. Bayramlı həmçinin onu da qeyd edib ki, bu sistemi qurmaq üçün ölkədə təxminən 3500 xəstəxana TƏBİB-in ixtiyarına verilib. Bu xəstəxanaların müəyyən standartlara cavab verməsi üçün isə artıq islahatlara başlanılıb.
Bayramlının sözlərinə görə, bu sistem hələ 2023-cü ildən tətbiq olunmalıydı, lakin məlum epidemiyanın yaranması bu məsələni təxirə saldı:
“Artıq epidemiyanın bütün mərhələlərini arxada qoyduq və bu mübarizə bizə epidemiya ilə bağlı yaxşı təcrübə qazandırdı. 2024-cü ilin yanvarın 1-dən Bakı xaric bütün ətraf bölgələrdə tibbi sığorta sistemi tətbiq olunur. 2025-ci il aprel ayının 1-dən isə Bakı və ətraf qəsəbələrdə bu layihənin həyata keçirilməsi ilə bütün Azərbaycan üzrə İcbari tibbi sığorta məsələsi tətbiq olunacaq”.
R. Bayramlı həmçinin onu da bildirib ki, tibbi sığarta mövcud tibbi xidmətlərin əksəriyyətini əhatə edəcək və Bakı və ətraf bölgələr daxil olmaqla əhali üçün tamamilə ödənişsiz şəkildə təşkil olunacaq.
Müəllif: Türkan_zadə