Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, fevralın 17-si saat 18 radələrində 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin nəfəs borusuna qida düşüb.

Hadisə onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb.

Xəstəxanaya çatdırılan uşaq vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.