İnvestisiya şirkəti əsas investisiya xidmətini göstərdiyi müştəriyə qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi xidmətini (əməliyyatını) yalnız qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin satın alınması məqsədilə göstərə bilər.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

İnvestisiya şirkəti investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi xidmətini (əməliyyatını) göstərdikdə, eyni zamanda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi xidmətini (əməliyyatını) göstərməlidir.