İşlək qazanlarla ümumi boru kəmərləri ilə birləşmiş qazanın barabanının, kamerasının və ya kollektorunun daxilində işlərə, həmçinin təzyiq altında işləyən hissələrinin təmirinə və baxışına başlamazdan əvvəl işçilərin buxarla yanma təhlükəsinin olduğundan qazan bütün boru kəmərlərindən tıxaclarla ayrılmalıdır və ya açılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.