Qaldırma-endirmə əməliyyatlarını yerinə yetirmək üçün istehsalat binaları kiçik mexanizasiya vasitələri ilə təchiz olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Dəzgah masaları, rəflər möhkəm, dayanıqlı olmalı, döşəməyə möhkəm bərkidilməli, işi rahat görmək üçün hündürlüyü münasib, səthi tilişkənsiz, hamar və çatsız olmalıdır. Dəzgah masaları polad təbəqədən hazırlanmış örtüklü və alətləri yığmaq üçün siyirməsi olmalıdır.