Benefisiar maliyyə institutu elektron köçürmə zəncirində nəzərdə tutulmuş məlumatların tam olmadığı elektron köçürmələri müəyyən etmək məqsədilə real vaxt rejimində, bu mümkün olmadıqda isə əməliyyat icra olunduqdan sonra 5 (beş) iş günü ərzində aparılan monitorinq çərçivəsində müvafiq tədbirlər görməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Benefisiar maliyyə institutu elektron köçürmə zəncirində ötürülməsi zəruri olan məlumatların tam olmadığı elektron köçürmələrlə bağlı aşağıdakıları ehtiva edən risk əsaslı siyasət və prosedurlara malik olmalıdır:

– belə elektron köçürmələrin icrasından imtina edilməsi, yaxud icrasının dayandırılması halları;

– belə elektron köçürmələrə dair risk iştahası səviyyəsinə uyğun olaraq görüləcək növbəti tədbirlər, o cümlədən işgüzar münasibətdə olduğu müvafiq maliyyə institutu ilə işgüzar münasibətlərə yenidən baxılması ilə əlaqədar tədbirlər.