Gəmi kapitanının və gəminin komandir heyətinin digər üzvlərinin sertifikatları (diplomları) onların müəyyən edilmiş tələblərə uyğun verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq formada təsdiqnamələri olduqda etibarlı hesab edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.