Üçüncü tərəf təchizatçının lisenziyası və ya qeydiyyatı ləğv edildikdə onun təkmil sertifikatlı gücləndirilmiş elektron imzası Mərkəzi Bank tərəfindən ləğv edilir.
Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.
Üçüncü tərəf təchizatçı İnterfeysdə avtorizasiya olunmadığı təqdirdə, ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı əməliyyatın icrasından imtina etməlidir.
İnterfeys ödəniş xidmətləri üzrə aşağıdakı istifadə hallarını dəstəkləyir:
– ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətindən istifadə edilməklə ödənişin həyata keçirilməsi;
– ödəniş hesabı üzrə məlumat xidməti üzrə:
– ödəniş hesabı üzrə məlumatın əldə edilməsi üçün razılığın alınması;
– ödəniş hesablarının siyahısının əldə edilməsi;
– ödəniş hesabının rekvizitlərinin əldə edilməsi;
– ödəniş hesabının qalıq məbləği barədə məlumatının əldə edilməsi;
– ödəniş hesabı üzrə əməliyyat məlumatlarının əldə edilməsi.