Müştəriyə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsindən əvvəl investisiya şirkəti müştəri uyğunluğu tədbirlərini həyata keçirir.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

İnvestisiya şirkəti müştəri hesablarının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün müraciət edən şəxsdən ƏL/TMM Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin 21 fevral 2023-cü il tarixli 3-21-28/3-6-4/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın (MUT Qaydaları) 2-ci hissəsinə uyğun olaraq məlumatları və bu Qaydaya 1 və 2 nömrəli əlavələrdə müəyyən edilmiş formada imza və möhür nümunələri vərəqələrini əldə edir.