Gəmi kapitanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı göstərişlərini icra etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmi kapitanı dənizdə gəmidə baş vermiş qəza barədə dərhal gəmi sahibinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.