Materiallar və əczaçılıq məhsulları, eləcə də mədaxilə dair təfsilatlı qeydlər təyin olunmuş sistemə əsasən (məs. seriya nömrəsinə) qorunub saxlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Bütün materiallar və əczaçılıq məhsulları onların keyfiyyətinə mənfi təsir göstərməyən və xarici təsirlərdən (bəzi hallarda bakterial çirklənmə də daxil olmaqla) qoruyan qablaşdırmalarda saxlanmalıdır. Bütün qablaşdırmalar ən azı materialın adı, seriya nömrəsi, yararlıq müddəti və ya yenidən analiz olunma tarixi, xüsusi saxlanma şəraiti və əgər aiddirsə farmakopeyaya istinadı göstərilməklə aydın şəkildə markalanmalıdır.