İnvestisiya şirkəti qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti və sifarişin icra olunması ilə bağlı xərclər də daxil olmaqla ümumi xərclər baxımından müştəri üçün ən yaxşı qiyməti müəyyən edir.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Müştəri sifarişinin icra olunması ilə bağlı xərclərə aşağıdakılar daxil edilir:

–  sifarişlərin icra olunması yeri üzrə ödənişlər;

–  klirinq haqları;

–  sifarişin icrasına cəlb edilmiş üçüncü tərəfə ödənişlər.

– Müştəri sifarişlərinin qəbulu və icrası ilə bağlı digər məsələlər Qanunun 38-ci maddəsi ilə tənzimlənir.