Bakıdan Naftalana qonaq gedən qadın dəm qazından boğularaq ölüb.
“Heftelik.az” “APA TV”yə istinadən məlumat verir ki, hadisə Naftalan şəhəri, Habil Əliyev küçəsində yerləşən beşmərtəbəli binada baş verib.
1990-cı il təvəllüdlü Bahar Behbudova 7-8 gün əvvəl Bakıdan qaynanasıgilə qonaq gedib. Qonşuların bildirdiyinə görə, axşam saatlarında onlar bir az söhbətləşiblər. Bahar bildirib ki, səhər Bakıya yola düşəcək. Elə hadisə də həmin gecə baş verib. Qonşular bayıra çıxan zaman Behbudovanın dəm qazından boğulduğunu eşidiblər.
Meyid müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin yerli şöbəsinə göndərilib.
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarında araşdırmalar aparılır.
Müəllif: Türkan_zadə