Mənzil qanunvericiliyi yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətindən istifadə edilməsi, sahələrin yaşayış sahələrinə aid edilməsi və onların mənzil fondundan çıxarılması, mənzil fondunun uçotu, yaşayış sahələrinin yararlı vəziyyətdə saxlanması və təmiri, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılmasını tənzimləyir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.