Torontoda təyyarə arxası üstə aşıb.
Heftelik.az-ın CTV telekanalına istinadən verdiyi məlumata görə, ABŞ-nin Minneapolis ştatından uçan kiçik “Bombardier” tipli təyyarə eniş zamanı arxası üstə çevrilib.
Təyyarədə 76 sərnişin və 4 ekipaj üzvü olub. Nəticədə 17 nəfər yaralanıb. Onlardan 1-i uşaq olmaqla, 3-nün vəziyyəti ağırdır.