Zelenski Türkiyədədir

18 Fevral 2025, 00:11

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə rəsmi səfərə gəlib.

Heftelik.az-ın Anadolu-ya istinadən verdiyi xəbərə görə, Vladimir Zelenski və Ukrayna nümayəndə heyətinin göyərtəsində olduğu təyyarə yerli vaxtla saat 21:08-də  Ankarada Əsənboğa Hava Limanına eniş edib.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun bildirib ki, sabah Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrini  və əməkdaşlığı daha da gücləndirmək üçün atılacaq addımlar müzakirə olunacaq. Eyni zamanda səfər çərçivəsində Ukraynadakı proseslər və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ukrayna Prezidentinin səfəri ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı, Vaşinqton və Rusiya arasında Ukrayna böhranının həlli üçün Səudiyyə Ərəbistanında görüş keçirilməsinin qərara alınması fonunda dəstək axtarışı kimi səciyyələndirilir.