Müxtəlif anatomik nahiyələrin dərisində çoxsaylı (3 və çox) psoriatik piləklərin olması psoriazın yayılmış forması kimi başa düşülür.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Atopik dermatitdə yayılmış lixenifikasiya dedikdə, üzün, dirsək çuxurunun, dizaltı çuxurun dərisinin zədələnməsi, eləcə də dərinin total zədələnməsi başa düşülür. “b” bəndinə, habelə ekzemanın məhdud və tez-tez residivləşən (ildə 3 dəfə və daha çox) formaları, tək-tək, lakin iri (xəstənin ovcu boyda və daha iri ölçüdə) psoriatik piləklər aiddir.