Daşkəsəndə bədbəxt hadisə

19 Fevral 2025, 17:52

Daşkəsən rayonunda bədbəxt hadisə ölümlə nəticələnib.

“Heftelik.az” “APA TV”yə istinadən məlumat verir ki, hadisə Səməd Vurğun küşəsində yerləşən 2 mərtəbəli binada baş verib.

Həmin binanın 2-ci mərtəbəsində yaşayan, 1999-cu il təvəllüdlü Emin Vəliyev binanın pilləkənlərindən yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib.

Mərhumun atasının verdiyi məlumata görə, axşam saatlarında binada yaşayan qonşu üçün təcili yardım gəldiyini eşidib. Ora gedən zaman oğlunun halının nasaz olduğunu söyləyiblər. Bütün binanın ətrafında oğlunu axtarıb. Daha sonra isə zirzəmiyə düşən zaman yuxarıda səs-küyün olduğunu eşidib. Yuxarı çıxanda oğlunun orada yıxılaraq yerdə uzandığının şahidi olub.

Qeyd edək ki, mərhumun sərxoş vəziyyətdə olmadığı bildirilir.

Məhkəmə tibbi ekspertiza mərkəzinin ilkin araşdırmalarına görə, hadisə mərhumun beyninə qan sızması nəticəsində baş verib.

Qeyd edək ki, binanın pilləkənlərində tutacaq hissənin olmaması bu cür bədbəxt hadisələrin baş verməsini daha da çoxalmasına səbəb ola bilər.

Müəllif: Türkan_zadə