İnvestisiya şirkəti əqdin bağlanması ilə bağlı müştərinin sifarişinin icrasından dərhal sonra uçot aparmalıdır.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
Əqdlərin uçotunda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
– müştərini eyniləşdirən məlumatlar;
– əqdin bağlandığı yer və eyniləşdirmə kodu;
– əqdin bağlanma tarixi və vaxtı;
– əqdin istiqaməti (alış və ya satış);
– xidmət haqları və yığılmış faiz istisna olmaqla hər qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti;
– əqdin predmeti olan qiymətli kağızın və ya törəmə maliyyə alətinin sayı;
– əqdin məbləği;
– əqd üzrə kontragent (qarşı tərəf);
– əqdi icra etmiş şəxsin adı, soyadı və atasının adı, vəzifəsi.