Əsas investisiya xidmətinə aid olan fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) göstərən investisiya şirkəti eyni zamanda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətini (əməliyyatını), habelə qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması xidmətlərini göstərməlidir.
Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.
İnvestisiya şirkəti fərdi investorun portfelinin idarə edilməsi xidməti üzrə müştəri ilə müqavilə bağlamazdan əvvəl bu Qaydanın 16-cı hissəsinə uyğun olaraq investisiya xidmətinin müştəri üçün uyğun olduğunu müəyyən etməlidir.