İnterfeysin açıq məlumatlar üzrə hansı istifadə hallarını dəstəkləyə biləcəyi məlum olub.
Heftelik.az xəbər verir ki, bu, Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblərdə əksini tapıb.
İnterfeys açıq məlumatlar üzrə aşağıdakı istifadə hallarını dəstəkləyə bilər:
– maliyyə məhsul və xidmətləri (bundan sonra – maliyyə məhsulları) haqqında məlumatların əldə edilməsi;
– nəzarət subyektləri haqqında məlumatların (filiallar və şöbələr, bankomatlar, və digər məlumatlar) əldə edilməsi;
– manatın xarici valyutalara nisbətdə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi və banklar tərəfindən müəyyən edilmiş mübadilə məzənnəsi haqqında məlumatların əldə edilməsi.