İnvestisiya şirkəti kredit və ya digər formada borc verilməsi xidməti (əməliyyatı) göstərdikdə müştəri ilə müqavilə bağlayır və müştəriyə müqavilədə nəzərdə tutulan müddətlərdə, lakin ildə iki dəfədən az olmamaq şərtilə borc üzrə qalıq məbləğ haqqında hesabat təqdim edir.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı aparan investisiya şirkəti investisiya tədqiqatına aid olan sənədlərdə “investisiya tədqiqatı” sözlərini qeyd edir. İnvestisiya tədqiqatında olan istənilən tövsiyə aydın, birmənalı və anlaşılan olmalıdır. İnvestisiya tədqiqatına və onu hazırlayan şəxslərə dair digər tələblər Qanunla və Qanunun 37.3-cü maddəsinə müvafiq olaraq qəbul edilən hüquqi aktla tənzimlənir.